Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

Abdulbari Goozal Rauf Arifoğluna qarşı iddiasını rəsmən geri götürüb


Şirkət rəhbəri jurnalistin ona böhtan atdığını, ağır cinayətdə ittiham etdiyini iddia edirdi və həbsini istəyirdi
Şirkət rəhbəri jurnalistin ona böhtan atdığını, ağır cinayətdə ittiham etdiyini iddia edirdi və həbsini istəyirdi

«Azersun Holding» şirkətinin prezidenti Abdulbari Goozal «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı iddiasını rəsmən geri götürüb.


Mayın 14-də Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Goozalın nümayəndəsi Yaşar Tahirov iddianı geri götürdüyünü bildirib.


Bu ilin martında Abdulbari Goozal Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında iddia irəli sürüb. Şirkət rəhbəri jurnalistin ona böhtan atdığını, ağır cinayətdə ittiham etdiyini iddia edirdi və həbsini istəyirdi. Qəzet redaktoru isə bunu azad sözə təhlükə kimi qiymətləndirirdi.


Mayın 10-da bir qrup hüquq-müdafiəçisi ilə görüşdə «Azersun Holding» şirkətinin prezidenti jurnalistə qarşı iddiasından imtina edəcəyini bildirmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG