Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Bakının mərkəzində marşrut taksisi yanıb


Marşrut taksisinin sürücüsü yanğının birdən-birə başladığını deyib

Marşrut taksisinin sürücüsü yanğının birdən-birə başladığını deyib

Mayın 14-də saat 12 radələrində Bakının Şeyx Şamil və Lermontov küçələrinin kəsişməsində, Dövlət İdarəçilik Akademiyası binasının yaxınlığında «Ford-Tranzit» markalı marşrut taksisi yanıb.


«Media forum»un məlumatına görə, yanğın maşının qabaq hissəsindən, mühərrik olan yerdən başlayıb. Dərhal sürücü və sərnişinlər avtomobili tərk ediblər.


Alov bir neçə dəqiqənin içində maşının şüşələrini sıradan çıxarıb və oturacaqlara keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər.


Marşrut taksisinin sürücüsü yanğının birdən-birə başladığını deyib.


Hadisə yerində olan Səbail Rayon Polis İdarəsinin 9 saylı bölməsinin təmsilçisi Həsən Abdullayev yanğın nəticəsində heç kimin xəsarət almadığını, hadisənin səbəblərinin araşdırıldığını söyləyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG