Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:44

«Ferrari» rusiyalı müştərilər üçün xüsusi avtomobil yığır


Neftin qiyməti qalxır, 1 faiz əhalinin pulu çoxalır, «Ferrari»ni isə almaq olmur.
Neftin qiyməti qalxır, 1 faiz əhalinin pulu çoxalır, «Ferrari»ni isə almaq olmur.

«Ferrari» şirkəti 60 illik yubileyi şərəfinə 60 «Ferrai Scaglietti» avtomobili buraxır.


2007-ci ildə Rusiya üçün beş xüsusi «Ferrari Scaglietti Russian Edition» avtomobili buraxılacaq. «Rus versiyası» xüsusi funksiyalar dəsti ilə seçiləcək.


Aynalı örtüyü olan bu maşınlardan birini artıq Rusiyadan olan müştəri sifariş edib. Şirkətin nümayəndəsi «Vedomosti» nəşrinə deyib ki, nadir avtomobil həmin rusiyalının kolleksiyasında artıq səkkizinci «Ferrari» olacaq.


Moskvada üçillik fəaliyyəti ərzində «Ferrari» salonu 130 avtomobil satıb, onları 75 rusiyalı alıb.


Bu statistika yəqin ki, bu yaxınlarda çıxan var-dövlətin tədqiqi – 2007 hesabatına ən yaxşı illüstrasiyadır. Məruzə müəllifləri Rusiyanı «klassik plutonomika» sayırlar. Plutonomika o ölkəyə deyirlər ki, əhalinin 1 faizi milli sərvətin «qeyri-mütənasib böyük» hissəsinə nəzarət edir.


Əgər Rusiya plutonomikadırsa, onda Rusiyada olduqca varlı insanların sayı 1,4 milyon olmalıdır (əhalinini 1 faizi). Yəni onların tələbatını ödəmək üçün haradasa 2,4 milyon «Ferrari» lazımdır. Hətta əgər «Ferrari» zavodu yalnız Rusiya işləsə belə, indiki istehsal həcmi ilə bu, 400 ildən çox vaxt aparacaq.


«Ferrari» salonunun əməkdaşları danışırlar ki, onlara müntəzəm müştərilər gəlib, qarşılarında avro dəstələrini əsdirib, «düz bu saat istədiklərini» qışqırırlar. Vəziyyət çıxılmazdır. Neftin qiyməti qalxır, 1 faiz əhalinin pulu çoxalır, «Ferrari»ni isə almaq olmur.


Bu il «Ferrari» rus müştərisinə doğru addım atıb: Rusiya üçün kvota təqribən iki dəfə artırılıb – 35 maşından 65 maşına qədər. Amma bu da kifayət etmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG