Əfqanıstan hakimiyyəti və NATO komandanlığı «Taliban» hərəkatının liderlərindən biri – Molla Dadullanın öldürüldüyü təsdiqləyib.
Bəyanatda deyilir ki, Dadulla mayın 12-də ölkənin cənubunda, Hilmend əyalətində döyüşdə öldürülüb.
Dadullanın cəsədi Qəndaqara gətirilib, onu jurnalistlərə göstəriblər.
Əfqanıstanda NATO qüvvələrinin komandanlığı Dadullanı taliblərin əsas səhra komandiri sayırdı. O, həm də terrorçu-kamikadzeləri hazırlamaq üzrə «ixtisaslaşmışdı».