Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

«Qazax neftinin dünya bazarına Azərbaycandan ötürülməsi yönündə müzakirələr hələ qapanmayıb»


Avropanın Azərbaycan neftinə ehtiyacı varsa, Bakı ona yardım etməyə hazırdır
Avropanın Azərbaycan neftinə ehtiyacı varsa, Bakı ona yardım etməyə hazırdır
«Azərbaycan Qazaxıstanın hasil etdiyi nefti dünya bazarına Rusiya kəməri ilə ötürməsini qısqanclıqla qarşılamır».



Energetika və Sənaye naziri Natiq Əliyev «Azadlıq» radiosuna belə deyib. Amma nazir əlavə edir ki, Qazaxıstan neftinin dünya bazarına Azərbaycan vasitəsilə ötürülməsi yönündə müzakirələr hələ qapanmayıb:


«Astana sadəcə, dövlətin payına düşən nefti Rusiya kəməri ilə nəql etmək istəyir. Qazaxıstanda neft hasil edən şirkətlərsə neftin Rusiya ilə ötürülməsi baha olduğundan, əlverişli variant kimi Azərbaycanın üzərində dayana bilərlər».


O ki qaldı, mayın 11-də Odessa-Brodı-Qdansk kəmərinin çəkilişi haqda kommünikenin imzalanmasına, Natiq Əliyev bu sazişi siyasi iradənin ortaya qoyulması kimi qiymətləndirir. Nazir bildirir ki, Avropanın Azərbaycanın neft ehtiyatına ehtiyacı varsa, Bakı ona yardım etməyə hazırdır. Artıq siyasi qərar verilib və bu layihəni iqtisadi baxımdan əlverişli olması üzərində iş aparılacaq:


«Bu məqsədlə tərəflər yenidən sentyabrda Vilnüsdə enerji sammitində bir araya gələcəklər və yeni təklifləri müzakirə edəcəklər».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG