Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Avropalı müşahidəçilər Ermənistandakı seçkilərdən razı qalıb


«Əvvəlki seçkilərlə müqayisədə 12 may parlament seçkilərində irəliləyiş olub»

«Əvvəlki seçkilərlə müqayisədə 12 may parlament seçkilərində irəliləyiş olub»

ATƏT, Avropa Şurası və Avropa Parlamentinin müşahidəçiləri deyirlər ki, Ermənistanda parlament seçkiləri ümumilikdə demokratik normalara uyğun keçib.

Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının mayın 13-də yayılan birgə bəyanatında deyilir ki, «əvvəlki seçkilərlə müqayisədə 12 may parlament seçkilərində irəliləyiş olub və böyük ölçüdə beynəlxalq standartlara uyğun keçirilib, baxmayaraq ki, bəzi məsələlər həll olunmamış qalır».


5 faizlik baryeri 5 partiya aşıb: hakim Ermənistan Respublika Partiyası – 32,8 faiz, biznesmen Qaqik Tsarukyanın başçılıq etdiyi «Çiçəklənən Ermənistan» Partiyası – 14,7 faiz, «Daşnaksutyun» Partiyası -- 12,7 faiz, müxalif «Orinats Yerkir» Partiyası - 6,8 faiz və müxalif «İrs» Partiyası - 5,8 faiz.


Seçicilərin səsvermədə iştirakı 59.37 faiz təşkil edib.




Parlamentdə yer qazana bilməyən müxalifət partiyaları mayın 13-də etiraz aksiyası keçirib. Yerevanın mərkəzindəki nümayişə bir neçə min adan toplaşıb. Müxalifət deyir ki, seçkilər kütləvi qanun pozuntuları ilə müşayiət olunub.



Günün bütün mövzuları

XS
SM
MD
LG