Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Borclu abonentlərin işığı yenə də kəsiləcək


«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti mayın 14-ü saat 14:00-dan etibarən borcu olan bütün abunəçilərin işıq təminatını qeyd-şərtsiz dayandıracaq.


Cəmiyyətin mətbuat xidmətindən «ANS Press»ə verilən məlumata görə, kəsilmə ilk növbədə mayın 11-nə qədər xəbərdarlıq alan istehlakçıların mənzilində və obyektində aparılacaq.


«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, abunəçilər borclarını «Azərpoçt»un və bankların şöbələrində, eləcə də müştəri xidmətləri mərkəzlərində ödəyə bilərlər.


XS
SM
MD
LG