Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Xəzərin sahili boyunca qaz kəməri tikiləcək


Rusiya artıq bu il Türkmənistandan 60 milyard kubmetr qaz almaq niyyətindədir

Rusiya artıq bu il Türkmənistandan 60 milyard kubmetr qaz almaq niyyətindədir

Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin sahili boyunca qaz kəmərinin inşası haqda razılığa gəliblər.

Mayın 12-də Türkmənbaşı (keçmiş Krasnovodsk) şəhərində keçirilən görüşdə Vladimir Putin, Qurbanqulı Berdımuhammedov və Nursultan Nazarbayev niyyət bəyannaməsi imzalayıblar və hökumətlərinə tapşırıblar ki, 2007-ci il sentyabrın 1-dək sazişi hazırlayıb imzalasınlar.


Gözlənilir ki, türkmən qazını Qazaxıstan və Rusiya vasitəsilə Avropaya daşıyacaq yeni kəmərin inşasına artıq 2008-ci ildə başlanacaq.


Hazırda türkmən, özbək və qazax qazı əsasən 1967-ci ildə işə salınan Orta Asiya-Mərkəz kəməri ilə ixrac olunur. Onun illik gücü 50 milyard kubmetri ötmür, hərçənd Rusiya artıq bu il Türkmənistanla 25 illik saziş çərçivəsində 60 milyard, 2025-ci ildə isə 80 milyard kubmetr qaz almaq niyyətindədir.



Bununla belə, Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov deyib ki, Türkmənistanın Trans-Xəzər (Xəzərin dibi ilə) qaz kəməri layihəsində iştirakı da aktuallığını saxlayır.


«Bu layihə qalır. Bütün dünyada qaz nəqli marşrutlarının diversifikasiyası (müxtəlifliyi – red.) həyata keçirilir. Trans-Xəzər qaz kəmərinin inşasına gəlincə, o, müzakirəyə qoyula bilər» – deyə prezident Türkmənbaşıda jurnalistlərə bildirib.


Türkmənistan qazını həm də Çin və İrana nəql etməyi planlaşdırır. «Türkmənistanın qaz ehtiyatları kifayət edəcəkmi» sualına isə Berdımuhammedovun cavabı belə olub: «Narahat olmayın, qaz kifayət qədərdir».


Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə deyib ki, neft və qaz kəmərlərin çoxalması Qazaxıstana da əlverişlidir: «Burada heç bir siyasət yoxdur. Neft və qaz hasilatının artan həcmi bu cür diversifikasiyanı tələb edir».



Günün bütün mövzuları

XS
SM
MD
LG