Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Ermənistanda parlament seçkiləri başa çatıb


Ölkədə parlament seçkilərini 13202 yerli və 669 beynəlxalq müşahidəçi izləyir

Ölkədə parlament seçkilərini 13202 yerli və 669 beynəlxalq müşahidəçi izləyir

İlkin məlumatlara görə, Ermənistanda 1 milyon 375 min 733 seçici və ya səsvermə hüququ olanların 59,4 faizi səs verib.

Kassasiya Məhkəməsinin məlumatında isə deyilir ki, mayın 12-də birinci instansiya məhkəmələrinə 80 şikayət daxil olub. Bütün şikayətlər təmin edilib.


Parlament seçkilərində iştirak edən müxalifət partiyaları bir sıra seçki məntəqələrində pozuntular barədə xəbər verirlər. O cümlədən, «Orinats Yerkir», Xalq və «Respublika» partiyaları iddia edir ki, onların nümayəndələri seçicilərə kütləvi rüşvət verilməsi və açıq səsvermə halları qeydə alıblar.


Ermənistan parlamentində 131 deputat yeri var. Yerlərdən 41-i namizədliyini fərdi qaydada verənlərə, 90-ı isə seçkidə iştirak edən partiyalara ayrılıb.


Seçkilərdə 22 siyasi partiya və bir seçki bloku iştirak edir. Parlamentdə yer qazanmaq üçün partiyalar seçicilərin 5, blok isə 7 faizinin səsini toplamalıdır.


Ümumilikdə, proporsional sistem üzrə 1245, majoritar sistem üzrə isə 119 nəfər namizədliyini irəli sürüb.


Seçici siyahılarına 2 milyon 285 min 830 nəfərin adı daxil edilib.


Ölkədə parlament seçkilərini 13202 yerli və 669 beynəlxalq müşahidəçi izləyir.


Gələn il hazırkı dövlət başçısı Robert Koçaryanın səlahiyyət müddəti başa çatır. Ermənistanda indiki parlament seçkilərinə qarşıdakı prezident seçkisi marafonunun son məşqi kimi baxırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG