Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

Avropa Birliyi Bakını jurnalistlərə qarşı qanun pozuntularını aradan qaldırmağa çağırır


Birlik Elmar Hüseynovun qatillərini və Üzeyir Cəfərova hücum edənləri də tapmağa çağırır
Birlik Elmar Hüseynovun qatillərini və Üzeyir Cəfərova hücum edənləri də tapmağa çağırır

Avropa Birliyi (AB) «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsindən narahatdır. Bu haqda qurumun yaydığı bəyanatda deyilir. Birlik həmçinin yazıçı Rafiq Tağının və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun «fəlsəfi esseyə» görə, 3 ildən 4 ilədək azadlıqdan məhrum edilməsindən də təəssüfləndiyini bildirir. Bəyanatda deyilir ki, bu qərar Avropa Birliyi və ATƏT nümayəndələri Piter Semnebi və Miklos Haraştinin bu il Bakıda «KİV-in tolerantlığın qorunmasında rolu» mövzusunda keçirilmiş beynəlxalq konfransda aldıqları təəssüratlara tamam ziddir.


AB həmçinin ATƏT nümayəndəsinin Cinayət Məcəlləsindən böhtana görə maddənin çıxarılması haqda çağırışını da dəstəklədiyini bildirir. Prezident İlham Əliyevdən mümkün qədər tez zamanda həmin maddəni Cinayət Məcəlləsindən çıxarmaq istənilir.


Birlik Bakını beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, jurnalistlərə qarşı qanun pozuntularını aradan qaldırmağa, o cümlədən Elmar Hüseynovun qatillərini və Üzeyir Cəfərova hücum edənləri tapmağa dəvət edir.


Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, böhtana görə maddənin qanundan çıxarılması hələ tezdir. Bundan başqa, ölkədə azad söz təmin olunur. Mətbuat Şurasının üzvü və «Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqova görə, Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərin hamısını yerinə yetirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG