Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:20

«Ostankino»da bomba tapılmadı


2000-ci ildə baş verən yanğından sonra bərpa olunmuş qüllənin may ayında ekskursiya üçün açılacağı gözlənirdi

2000-ci ildə baş verən yanğından sonra bərpa olunmuş qüllənin may ayında ekskursiya üçün açılacağı gözlənirdi

Moskva polisi teleqülləyə həqiqətən də bomba qoyulub-qoyulmaması məsələsini araşdırıb. Hər hansı partlayıcı qurğu tapılmayıb. Partlayışın olacağı barədə naməlum şəxs mayın 11-də «02» telefonuna zəng vuraraq məlumat verib.


«RİA Novosti» Agentliyi xəbər verir ki, mina axtaran itlərin köməyi ilə teleqüllənin bütün ərazilərində axtarış aparılıb. Eyni zamanda, zəng edən adamın şəxsiyyəti müəyyənləşdirilir.


Bu hadisə «Ostankino»nun tarixində birinci hədə deyil. İlk dəfə 2004-cü ilin iyunun 4-də terrorçu qülləni partladacağını bildirmişdi. Həmin vaxt milisə dörd dəfə zəng edən naməlum şəxs ona istədiyi məbləğ verilməyəcəyi təqdirdə, binanı göyə sovuracağını bəyan etmişdi. Teleqüllənin bütün əməkdaşları evakuasiya edilmişdi. Moskva milisi həmin hadisəni yeniyetmələrin xuliqanlığı kimi qiymətləndirmişdi.


«Ostankino» qülləsinin hündürlüyü 562 metrdir. 2000-ci ilin avqustunda baş verən yanğından sonra bərpa olunmuş qüllənin may ayında ekskursiya üçün açılacağı gözlənirdi.



Günün bütün mövzuları

XS
SM
MD
LG