Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

ATƏT üzvü olan ölkələrinin Bakıdakı səfirlikləri ölkədə mətbuatın durumunu müzakirə ediblər


Mayın 11-də ATƏT üzvü olan ölkələrin səfirlikləri və Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq qurumlar ölkədə mətbuatın vəziyyətini müzakirə ediblər. Müzakirəyə media ilə əməkdaşlıq edən bəzi beynəlxalq təşkilatlar: Açıq Cəmiyyət İnstitutu, Fridrix Ebert, Fridrix Nauman və Avrasiya Fondları da dəvət olunublar.


Məlumatı «Azadlıq» radiosuna ATƏT-in Bakı ofisinin siyasi məsələlər və mətbuat üzrə müşaviri Ülvi Axundlu verib. Cənab Axundlu bildirir ki, onlar bu yöndə səyləri birləşdirməyi, eyni mövqedən çıxış etməyi qərara alıblar. Görüşdə jurnalistlərin həbsi, onlara qarşı qaldırılmış məhkəmə iddiaları, media işçilərinin üzləşdikləri çətinliklər haqda fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu il ATƏT-in və başqa qurumların mətbuatla bağlı reallaşdırılacaqları layihələr də müzakirə mövzusu olub.


Bu il ATƏT-in Bakı ofisi mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi yönümündə, xüsusən də «Diffamasiya haqqında» qanunun qəbulu istiqamətində lobbiçlik fəaliyyətini artıracaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG