Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Abdulbari Gözəl Rauf Arifoğluna qarşı iddiasını geri götürəcəyini deyir


Rauf Arifoğlu məhkəmə gününü gözləməyi və hələ sevinməyə əsas olmadığını deyir

Rauf Arifoğlu məhkəmə gününü gözləməyi və hələ sevinməyə əsas olmadığını deyir

«Azərsun Holdinq» şirkətinin prezidenti Abdulbari Gözəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı iddiasını geri götürəcəyini bildirib. Bu barədə şirkət rəhbəri hüquq müdafiəçiləri ilə mayın 10-da keçirdiyi görüşündə deyib.


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun hüquqlarının müdafiə komitəsinin təsis olunması ilə bağlı mayın 11-də mətbuat konfransı olub. Baş redaktor artıq bir dəfə azadlıqdan məhrum edildiyini və növbəti məhkəmə iclasında da həbs olunacağını hiss etdiyini deyib.


Mətbuat konfransının gedişində zala daxil olan hüquq müdafiəçiləri Səidə Qocamanlı, Çingiz Qənizadə və Səadət Bənənyarlı sürprizlərinin olduğunu bildiriblər. Çingiz Qənizadə deyib ki, onlarla görüşdə Abdulbari Gözəl mayın 14-də keçiriləcək məhkəmə iclasında iddiasını geri götürəcəyini bildirib.


Rauf Arifoğlu bunu çox yaxşı addım adlandırıb. Amma məhkəmə gününü gözləməyi və hələ sevinməyə əsas olmadığını deyib.


«Azərsun Holdinq» şirkətinin prezidenti Abdulbari Gözal «Yeni Müsavat» qəzetinin baş redaktorunu xüsusi ittiham qaydasında məhkəməyə verib. Şirkət rəhbəri Rauf Arifoğlunun ona böhtan atdığını, ağır cinayətdə ittiham etdiyini deyir və həbsini istəyir. Qəzet redaktoru isə bunu azad sözə təhlükə kimi qiymətləndirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG