Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:20

«Həmsədrlər mövqeləri yaxınlaşdırmaq üçün gərgin işləyirlər»


Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər

Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər

ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın Xarici İşlər naziri Migel Angel Maratinos mayın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşüb. Cənab Maratinos Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana və Azərbaycana yardım etmək üçün göstərdikləri intensiv vasitəçilik səylərini İspaniyanın dəstəklədiyini deyib. Fransalı həmsədr Bernard Fasye, rusiyalı həmsədr Yuri Merzlyakov və ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Brayza ATƏT sədrini Ermənistanla Azərbaycan arasında aparılan danışıqların hazırkı vəziyyəti haqda məlumatlandırıblar.


Maratinos deyib ki, «Hər 3 həmsədr tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün çox gərgin işləyir. Azərbaycanı və Ermənistanı bu qədər uzun çəkən münaqişənin həllinə nail olmaq üçün zəruri addımlar atmaq məqsədiylə öz səlahiyyətləri daxilində olan hər şeyi etməyə çağırıram».


Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik də iştirak edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG