Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:31

Ömürlük azadlıqdan məhkum olunmuşların həbs şəraiti yaxşılaşdırıla bilər


Ömürlük azadlıqdan məhkum olunmuşlar üçün həbs şəraitinin yaxşılaşdırılması təklifi verilib. Bunu Ədliyyə nazirinin müavini Nazim Ələkbərov deyib. O, bildirib ki, nazirlik qanunvericilikdə dəyişiklik etmək təkliflə çıxış edib.


Təkliflər arasında ömürlük azadlıqdan məhkum olunanların kameralarında televiziyaya baxmaq üçün şəraitin yaradılması, yaxın qohumlarla görüşlərin sayının artırılması da var.


N.Ələkbərov eyni zamanda, bildirib ki, hazırda qarışıq rejimli cəzaçəkmə müəssisələri də inşa edilir. Bunlardan biri artıq Naxçıvanda tikilib və qısa müddətdə istifadəyə veriləcək. Şəki və Lənkəranda da bu tip cəzaçəkmə müəssisələri tikilir.


XS
SM
MD
LG