Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:49

Redaktor həbs olunacağı təqdirdə türk kanalı Avropa Məhkəməsinə üz tutacaq


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Türkiyənin «Kanal Türk» genəl yayım yönətməni Adnan Bulutdan məktub alıb. Cənab Bulut bildirir ki, baş redaktor həbs olunacağı təqdirdə Türkiyədə ona dəstək kampaniyasına başlanacaq, Avropanın bütün media qurumlarına müraciət edəcəklər. Bundan başqa, jurnalisti müdafiə məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.


Bu il martın 29-da «Kanal Türk»də Rauf Arifoğlunun da iştirak etdiyi verilişdə kürd terrorçularının müxtəlif dairələrlə əlaqələrinə toxunulub.


Bundan sonra «Azərsun Holdinq» şirkətinin prezidenti Abdolbari Goozal «Yeni Müsavat» qəzetinin baş redaktoruna qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaçı jurnalistin ağır cinayətdə ittiham etməklə ona böhtan atdığını bildirir və baş redaktorun həbsini istəyir.


Nizami Rayon Məhkəməsi həmin iddianı icraata götürüb, proses mayın 14-nə təyin edilib. Türk kanalının rəhbərliyi isə bildirir ki, sözügedən verilişdə «Azərsun Holdinq»in Azərbaycanda deyil, Türkiyədəki fəaliyyəti də araşdırılıb. Rauf Arifoğlu özüsə baş verənləri azad sözə basqı kimi qiymətləndirir və türkiyəli həmkarlarının məktubunu dəstək kimi qəbul edir.


XS
SM
MD
LG