Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

Toni Bler iyunun 27-də istefa verəcək


İyunun 27-də Böyük Britaniyanın Baş naziri Toni Bler hakim Leyborist Partiyasının lideri və hökumət başçısı postundan istefa verəcək.

O, bunu İngiltərənin şimal-şərqində, Secvilddə özünün seçki dairəsində mətbuat konfransında çıxış edərkən deyib.


Yeddi həftə ərzində leyboristlər yeni lider seçməlidirlər. O, avtomatik kabinetə başçılıq edəcək. Gəzlənilir ki, həmin şəxs hazırkı Maliyyə naziri Qordon Braun olacaq.


Toni Bler Leyborist Partiyasının tarixində hökumətə hamıdan çox – 10 ildir başçılıq edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG