Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

Polisi qətlə yetirən Bakı sakini həbs olunub


Daxili İşlər Nazirliyindən «ANS»ə verilən məlumata görə, iki polisi yaralayan, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini tutulub. Hadisə mayın 10-da saat 01:00 radələrində Səbail rayonunun Nizami küçəsində baş verib. Belə ki, 12-ci Aşırım küçəsində yaşayan Zakiri Azər Seyidağa oğlu sərxoş halda ictimai qaydanı pozub. Onu intizama dəvət edən Səbail polisinin əməkdaşları: polis serjantları Amil İbrahimovu boğazından, Arif İsmayılovu isə qolundan bıçaqla yaralayıb. Aldığı xəsarətdən Amil İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb, Arif İsmayılovun vəziyyəti isə qənaətbəxşdir.


XS
SM
MD
LG