Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

Amnistiya aktının icrasına başlanıb


Amnistiyaya düşən qadınların azadlığa çıxmasına 4 və ya 6 ay vaxt qalırdı

Amnistiyaya düşən qadınların azadlığa çıxmasına 4 və ya 6 ay vaxt qalırdı

Mayın 10-da Amnistiya aktının icrasına başlanıb. Ümumilikdə 22 cəzaçəkmə müəssisəsindən 250-yə yaxın məhkum azadlığa buraxılıb.



Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyir ki, cəzaçəkmə müəssisələrindən qısa müddət ərzində 800-ə yaxın məhbus azadlığa buraxılacaq.

Amnistiya olunanların əksəriyyəti yalnız cəzalarının bitməsinə 6 ay qalan məhbuslardır.


Amma Ədliyyə nazirinin müavini Nazim Ələkbərov deyir ki, amnistiya ilə nəinki cəzalarının bitməsinə yarım il qalanlar, həmçinin nisbətən yüngül cəza işləyənlər də buraxılacaq. Bunun üçün isə artıq nazirlik müvafiq icra orqanlarına sorğular göndərilib: «Təxminən 3 ay ərzində 1500-ə yaxın məhkum buraxılmalıdır. Amma bu rəqəm arta da bilər. Çünki orada cəzasının sonuna 6 ay qalmış yox digər kateqoriyalı insanlar da düşür».


Azadlığa buraxılanlar arasında 9 qadın, 1 nəfər 17 yaşına çatmayan yeniyetmə var. Qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində amnistiyaya düşən qadınların azadlığa çıxmasına dörd və ya altı ay vaxt qalırdı.



Ədliyyə nazirinin müavini deyir ki, amnistiya və ya əfvlə həbsxanalardan buraxılanların təqribən 0,5 faizi geri qayıdıb. Bu isə onun sözlərinə görə, çox cüzi göstəricidir.


Parlament «Amnistiya haqqında» qanunu mayın 8-də qəbul edib. Bir çoxları amnistiya ilə həbsxanada olan jurnalistlərin və siyasi məhbusların azadlığa buraxılacağını gözləsə də, son nəticədə onların məhkum olunduqları maddələr amnistiya siyahısına daxil edilməyib.

Mayın 11-də isə amnistiyaya düşən daha 150 nəfər məhkum azad olunacağı gözlənilir.


Ölkədə amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə 7 amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21.325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.










Günün bütün mövzuları

XS
SM
MD
LG