Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

«Qeyri-ənənəvi dinləri təbliğ edən qruplar zəifləyir»


Hidayət Orucov əmindir ki, ölkədə dini vəziyyət sabitdir

Hidayət Orucov əmindir ki, ölkədə dini vəziyyət sabitdir

Azərbaycanda qeyri-ənənəvi dinləri yayan qruplar mövcuddur, amma onların mövqeyi getdikcə zəifləməkdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bir neçə gün öncə Xırdalanda qeyri-ənənəvi dini yayan qrup üzvlərinin saxlanmasına və onlardan dini ədəbiyyatın müsadirə edilməsinə münasibət bildirərkən belə deyib. Cənab Orucov həmin dini qrupların statistikasını açıqlamasa da, hüquq-mühafizə orqanlarının bu yöndə iş apardığını bildirib.


Komitə sədrinin sözlərinə görə, bu cür dini qrupların arasında islam təmayüllülərlə yanaşı başqa dinlərin də təmsilçiləri var.


Bununla belə, Hidayət Orucov əmindir ki, ölkədə dini vəziyyət sabitdir. O, buna bölgələrə səfəri zamanı əmin olub.


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deyir ki, ölkəyə gətirilmiş bütün dini ədəbiyyatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ekspertizadan keçirilir, bundan sonra ya satışa buraxılır, ya da məhv edilir.


Hidayət Orucov isə hesab edir ki, Azərbaycana kənardan dini ədəbiyyatın gətirilməsi hallarının çoxalması demokratiyanın və dini etiqad azadlığının göstəricisidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG