Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

Dünya Bankı Bakının Baş planını hazırlamağa kredit ayıracaq


Bakının Baş planını hazırlamaq məqsədilə Azərbaycan hökuməti Dünya Bankına (DB) müraciət edib. Baş nazirin müavini Abid Şərifov mayın 10-da jurnalistlərlə söhbətində deyib ki, buna səbəb paytaxtın Baş planını hazırlamaq üçün daha bacarıqlı mütəxəssisləri cəlb etməkdir. Hökumətlə DB iki-üç ay ərzində kredit sazişini imzalanmalıdır.


Abid Şərifov deyir ki, mükəmməl planın hazırlanması iki-üç il çəkəcək. Bu məqsədlə artıq komissiya yaradılıb.


DB Azərbaycanın 22 rayonunun su və kanalizasiya problemini həll etmək üçün də kredit ayırır.


XS
SM
MD
LG