Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

«Büdcə xərclərinin artımı inflyasiyanı sürətləndirməyəcək»


Elman Rüstəmov deyir ki, inflyasiyanın indiki səviyyəsini faciə saymırıq

Elman Rüstəmov deyir ki, inflyasiyanın indiki səviyyəsini faciə saymırıq

İnflyasiyanın indiki səviyyəsini faciə saymırıq. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, bütövlükdə ölkədə həyata keçirilən makroiqtisadi siyasətin məqsədi budur ki, qeyri-neft sahəsinin, kənd təsərrüfatı və sənayenin inkişafı üçün inflyasiyanın məqbul səviyyəsi bir rəqəmli olmalıdır. Bu ölkənin beynəlxalq rəqabətə dözümlülüyünə də imkan verər.


Cənab Rüstəmov deyir ki, builki inflyasiyanın sürətlənməsi yanvarda qiymətlərin liberallaşdırlması və bazara təkliflərin artması ilə bağlıdır.


Onun fikrincə, büdcə xərclərinin artırılmasının ölkədə inflyasiyaya əhəmiyyətli təsiri olmayacaq. Çünki büdcə xərcləri neft gəlirlərinin hesabına yox, daxili ehtiyatların: vergi və gömrük ehtiyatlarının hesabına olacaq.


Ölkə rəhbərliyi ötən il inflyasiyanın bir rəqəmli olacağını bəyan etsə də, birinci rübün nəticələrinə görə, inflyasiyanın 16 faiz olduğu bildirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG