Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Böyük şəhərlərdə quşlar gecə rejiminə keçiblər


Alimlərin fikrincə, şəhərdə quşlar sanki gecələr gündüzün səs-küyü ilə rəqabət aparırlar
Alimlərin fikrincə, şəhərdə quşlar sanki gecələr gündüzün səs-küyü ilə rəqabət aparırlar

Britaniya alimləri müşahidə etməyə başlayıblar ki, indiyə kimi gündüzlər ötən quşlar son vaxtlar gecələr oxuyurlar. Əslində bu tendensiya quşlarda 10 ildir ki, nəzərə çarpır. Alimlərin qənaətinə görə, iri şəhərlərdə gecə həyatı o qədər gur olur ki, quşlar gecəni gündüzlə qarışıq salır.


Şeffild Universitetinin alimi Riçard Fuller: «Quşlar gecələr daha çox oxumağa meyllidirlər. Amma onlar elə yerlərə meyl edirlər ki, orada gündüz vaxtı səs-küy daha çox olur. Sanki quşlar gecələr gündüzün səs-küyü ilə rəqabət aparırlar».


Əlbəttə, quşların təbii mühitində də - meşədə də «qu» deyəndə, qulaq tutulmur, orada da səs-küy olur. Başqa quşların, heyvanların səsi. Amma bu təbii küydür və nəğmə oxuyan quşların səsini batıra bilmir. Şəhərdəki avtomobillərin küyü isə bu quşlar üçün xüsusi problemə çevrilir».


Düzdür, bəzi quşlar var ki, onlar səslərini qaldırıb, şəhər küyü ilə rəqabətə girə bilirlər. Məsələn, erkək bülbüllər. Araşdırmalara görə, erkək bülbüllər səslərini insan qulağı üçün təhlükəli olan həddə qədər qaldıra bilirlər.


Birəbitdənlərin belə səs imkanları yoxdur. Erkək birəbitdənlərin işi lap çətindir, onlar dişilərin xoşuna gəlmək üçün oxuyurlar, dişilər onlara məhz səslərinə görə qiymət verirlər. Odur ki, Riçard Fuller narahatdır ki, subay erkək birəbitdənlər bütün enerjilərini elə ucadan oxumağa sərf edirlər ki, bu da sonrakı nəsil artımına mənfi təsir göstərir.


Müxtəlif araşdırmalar təsdiqləyir ki, bütün dünyada şəhərlər getdikcə daha çox səsli-küylü olur. Odur ki, Fullerin fikrincə, bir-biri ilə səslə ünsiyyət saxlayan, oxuyan heyvanlar xüsusən də, quşlar üçün vəziyyət getdikcə pisləşir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG