Bu haqda İsveçrənin dünya şöhrətli IMD Biznes Məktəbinin illik hesabatında deyilir. Sənədə əsasən, biznes üçün ən əlverişli şərait olan ilk beşliyə ABŞ-dan sonra Sinqapur, Honkonq, Lüksemburq və Danimarka daxildir.
Çin inkişaf etməkdə olan ölkələr sırasında siyahıda 15-ci yeri tutur. Türkiyə 48-cidir.
Postsovet ölkələrindən Estoniya 22-ci, Litva 31-ci, Rusiya 43-cü, Ukrayna 46-cı yerdədir.
55 ölkəni əhatə edən siyahıda Azərbaycanın adı yoxdur.