Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

Azərbaycanla Ermənistan futbolçularının qarşılaşması Bakıda keçirilə bilər


Matçların neytral meydanda keçirilməsini tələb edən AFFA-nın da mövqeyi yumşalıb
Matçların neytral meydanda keçirilməsini tələb edən AFFA-nın da mövqeyi yumşalıb

Erməni güləşçilərdən əvvəl Bakıya futbol üzrə Ermənistan yığmasının üzvləri gələ bilər.


ANS-in məlumatına görə, Gənclər və İdman Nazirliyi erməni güləşçilərinin təhlükəsizliyinə təminat verdikdən sonra Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) da mövqeyini dəyişib.


Ermənilərə təhlükəsizlik təminatının verildiyini mayın 9-da Gənclər və İdman naziri Azad Rəhimov da təsdiqləyib: «Ermənilərin gəlməsinə tam zəmanət vermişik. Sözsüz ki, onların himni də səsləndiriləcək, bayrağı da qaldırılacaq».


Azad Rəhimov erməni idmançıların Bakıya gəlişinin təmin edilməsinin Azərbaycanın marağında olduğunu bildirib: «Biz dünyada mötəbər yarışları Azərbaycana, Bakıya gətirməliyik. Əsas məqsədimiz əhəmiyyətli yarışların Bakıda keçirilməsidir. Çünki cənab prezidentin sərəncamı var ki, dünyada böyük mötəbər yarışları biz Azərbaycana gətirməliyik».


Amma ermənilərin Bakıya gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Azad Rəhimovun fikrincə, erməni idmançılarının Bakıda qələbə qazanmaq şansı olmadığından, onlar bu məsələdə tərəddüd edirlər.


Futbol üzrə Azərbaycan və Ermənistan milli komandalarının sentyabrın 2-i və 6-na təyin olunan matçının neytral meydanda keçirilməsini tələb edən AFFA-nın da mövqeyi yumşalıb. AFFA-nın Baş katibi Fuad Əsədov ANS-ə bildirib ki, əgər dövlət erməni güləşçilərinə olduğu kimi, bu ölkənin futbolçularına da rəsmi təhlükəsizlik təminatı verərsə, Azərbaycan və Ermənistan milli futbol komandalarının matçı Bakıda da keçirilə bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG