Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:06

Azərbaycanla Avropa ölkələri arasında xüsusi layihənin icrasına başlanıb


Avropa Gənclər Forumu, Bakı, 27 aprel 2007
Avropa Gənclər Forumu, Bakı, 27 aprel 2007
Aprelin 27-dən başlayaraq Bakıda üç günlük Avropa Gənclər Forumu keçirildi. 40-a yaxın ölkədən 70-dən çox siyası və qeyri-siyasi gənclər təşkilatlarının nümayəndələri bir araya toplaşdılar. Forumun təşkilatçısı olan Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı Vüqar Əhmədov deyir ki, tədbir çərçivəsində Azərbaycanla Avropa ölkələri arasında xüsusi layihənin icrasına başlanıb: «Layihələr əsasən, üç istiqamətdə olacaq: Avropa ilə Azərbaycan arasında bir illik kadr mübadiləsi, gənclərin müxtəlif sahələrdə biliklərinin mübadiləsi və gənclərlə işləyən insanlar üçün treninq və seminarların təşkili».

Bundan başqa, bu dəfəki «14-24»də həm də Beynəlxalq Tələbə Güzəşt kartından danışılır. Bu kartları əldə edənlərin əksəriyyəti tələbələr olsa da, kartlar təkcə onlar üçün nəzərdə tutulmayıb. Orta məktəb şagirdlərindən tutmuş istənilən sahədə çalışan və istənilən yaş kateqoriyasında olan insanlar da güzəşt kartlarını əldə etməklə, pullarına qənaət edə bilərlər.


XS
SM
MD
LG