Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

«İnşası dayandırılan binaların taleyini məhkəmə həll edəcək»


Tikinti normativlərinə cavab verməyən binalarda iş dayandırılıb

Tikinti normativlərinə cavab verməyən binalarda iş dayandırılıb

Tikinti normativlərinə cavab vermədiyi üçün inşası dayandırılan binaların taleyini məhkəmə həll edəcək. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirib ki, belə binalar soxdur və onlarda iş davam etdirilməyəcək.


Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də təmsil olunduğu Təhvil-Təslim Komissiyası Bakıda yeni tikilən binaların bir qismini təhvil almayıb. Buna görə də həmin binalarda ya iş dayandırılıb, ya da onlara orderlər və mülkiyyət şəhadətnamələri verilmir.


Bir müddət əvvəl Kəmaləddin Heydərov bildirmişdi ki, inşası dayandırılan binaların bir qismində iş və sənədlərdə olan qüsurlar aradan qaldırıldığı üçün inşaat işləri bərpa edilib.


Cənab Heydərovun sözlərinə görə Fövqəladə Hallar Nazirliyi Bayıl ərazisində sürüşmə yerlərini dəqiq müəyyənləşdirmək üçün də əlavə tədqiqat işləri aparır. Evləri konkret sürüşmə zolaqlarına düşən sakinlər oradan köçürüləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG