Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

«20 yanvar» dairəsi yaxınlığındakı tunelin tavanında uçqun olub


Mayın 8-i gecə «20 yanvar» dairəsi yaxınlığında yenicə istifadəyə verilmiş tunelin tavanında uçqun olub. Tunelin üstündən keçən boruların görünməməsi üçün vurulmuş örtüklərin bir hissəsi naməlum səbəbdən yola tökülüb. Bu, avtomobillərin hərəkətini çətinləşdirib.


Tunelin tavanının hansı səbəbdən uçmasını aydınlaşdırmaq mümkün olmayıb. Həmin tunel ay yarım əvvəl, Novruz bayramı günlərində istifadəyə verilib.



Günün bütün mövzuları

XS
SM
MD
LG