Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:05

Sərhəddəki insidentə görə, 10 nəfər saxlanıb


Aprelin 26-da kürdəsilli miqrantlarla sərhədçilər arasında qarşıdurma yaranmışdı
Aprelin 26-da kürdəsilli miqrantlarla sərhədçilər arasında qarşıdurma yaranmışdı

Aprelin 26-da Gürcüstanla sərhəddə Qırmızıkörpü nəzarət-buraxılış məntəqəsində baş vermiş insidentə görə, 10 nəfər saxlanıb. İş araşdırılmaq üçün rayon prokurorluğuna verilib. Bir nəfər barəsində cinayət işi açılıb. Qazax Rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumatda belə deyilir.


Aprelin 26-da Türkiyədən gəlmiş kürdəsilli miqrantlar deportasiya edilərkən sərhədçilərlə onlar arasında qarşıdurma yaranmışdı. Nəticədə iki Türkiyə vətəndaşı və üç Azərbaycan əsgəri yaralanmışdı.


Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev mayın 8-də jurnalistlərə deyib ki, son zamanlar Azərbaycanın iqtisadi inkişafı artdığından sərhədi keçmək istəyənlərin sayı artıb: «Bu məsələ dövlətin nəzarətindədir, həmin məqsədlə sərhəddə yeni texniki avadanlıq quraşdırılıb».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG