Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

«Milli Yol» qəzetinin əməkdaşları cərimə olunub


Səbail Rayon Məhkəməsinin hakimi Alim Namazov «Milli Yol» qəzetinin əməkdaşları - Kənan Kərimoğlu və Mahir Səmədlinin cərimə edilməsi haqda qərar çıxarıb. Hər iki müəllif iki min manat məbləğində cərimə ödəməli, qəzet isə təkzib verməlidir. İddia Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu və onun qardaşı Qurban Məmmədov tərəfindən verilib. Bu barədə «Turan»a Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu məlumat verib.


Cəlaloğlu və Məmmədov bu ilin fevralında «Milli Yol» qəzetində dərc edilmiş «Maskası yırtılmışların isterikası» məqaləsində onların şərəf və ləyaqətinin təhqir olunduğunu bildirirlər.


Məhkəmə müəlliflərin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi barədə iddianı rədd edib.


XS
SM
MD
LG