Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:34

ABŞ-Azərbaycan məsləhətləşmələrinin vaxtı hələ də bəlli deyil


Enn Dörsi: «Yubanma sadəcə, qrafiklə bağlıdır»

Enn Dörsi: «Yubanma sadəcə, qrafiklə bağlıdır»

«Hazırda ABŞ-la Azərbaycan arasında təhlükəsizliklə bağlı məsləhətləşmələrin vaxtı dəqiqləşdirilir». ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi mayın 8-də jurnalistlərə belə deyib. O, bildirib ki, danışıqların vaxtını müəyyənləşdirmək üçün hər iki tərəfdən iştirak edəcək nümayəndələrin iş qrafikini uyğunlaşdırmaq lazımdır. Bu üzdən də danışıqların vaxtı yubanır: «Yubanma sadəcə, qrafiklə bağlıdır».


Xanım Dörsi iki ölkənin hərbi-siyasi sahədə məsləhətləşmələri davam etdirməsindən çox məmnun olduğunu da bildirib. O, eyni zamanda, bu danışıqların vacib olduğunu və önəmli məsələləri əhatə etdiyini deyib.


Bu il aprelin 23-də Vaşinqtonda ABŞ-la Azərbaycan arasında təhlükəsizliklə bağlı məsləhətləşmələr olmalıydı. Amma Birləşmiş Ştatların Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatında işğal olunmuş ərazilərlə bağlı düzəliş etdiyinə görə, Azərbaycan tərəfi danışıqlara qatılmaqdan imtina etdi. Azərbaycanın təkidlərindən sonra ABŞ sənəddə təkrar düzəliş etdi. Bundan sonra hər iki tərəf danışıqları davam etdirmək niyyətini bərpa etdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG