Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:22

Polşada sovet əsgərlərinə qoyulmuş abidə Rusiyanın razılığı ilə köçürüləcək


Rusiya Polşanın Katovitse şəhərində sovet əsgərlərinə ucaldılan abidənin köçürülməsinə razılıq verib.

Katovitsenin meri Pyotr Uşok deyib ki, hazırda sovet əsgərlərinə qoyulan abidənin yerləşdiyi «Azadlıq» meydanında «Polşanın müstəqilliyi uğrunda vuruşanların şərəfinə abidə ucaldılmalıdır».


Bu arada «Milli xatirə yerləri haqqında» qanunun müzakirəsi təxirə salınıb. Sənəd bu cür abidələrin ləğvi və köçürülməsi prosesini sadələşdirə bilərdi. «Yəqin ki, biz bir az da gözləyəcəyik. İndiki halda ən yaxşı necə hərəkət etməklə bağlı hökumətlə əlavə məsləhətləşmələr aparmaqdır», - deyə hakim «Hüquq və Ədalət» Partiyasının fraksiyasının lideri Marek Kuxtsinski bildirib.


Hazırda Polşada sovet dövründən qalmış iki minədək abidə var.


XS
SM
MD
LG