Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Türkiyəli miqrantlar Bakıda addımbaşı gizlənirlər


«Buranın camaatı yaxşıdır, polisdən şikayətçiyik»
«Buranın camaatı yaxşıdır, polisdən şikayətçiyik»

İki aya yaxındır Bakının Binəqədi qəsəbəsində məskunlaşan Türkiyə vətəndaşları ilk baxışdan bu qəsəbədə yaşayanlara heç bir narahatlıq yaratmır. Amma bu ilk baxışdan belədir. Bu haqda az sonra. Yeni gələnlər özlərisə yerli camaatdan razılıq edirlər.


«Buranın camaatı yaxşıdır, polisdən şikayətçiyik».


Türkiyənin Mərsin şəhərindən gəldiklərini deyən, pal-paltarı nimdaş olan bu miqrantlar bəziləri kürdəsilli olduğunu deyirlər, bəzisi bunu gizləməyə çalışır, bəzisi isə türk olduğunu bildirir. Amma heç biri rəsmi sənədini göstərmək istəmir. Onlar bu qəsəbədə yenicə tikilmiş, təmiri başa çatdırılmamış kiçik, təxminən eyni boyda olan evlərdə yerləşiblər. Bəzisi bu evi 150 dollara kirayələdiyini, bəzisi isə azərbaycanlı dostlarının onlara pulsuz-parasız yaşamağa verdiyini deyir. Özlərini daha çox turist kimi təqdim etsələr də, dönə-dönə vurğulayırlar ki, bura iş dalınca, alver etməyə gəliblər, hətta çoxu deyir ki, yerli polisdən şikayətçi olsalar belə burda qalmaq istəyirlər.


Türkiyədən gəlmiş miqrantların dediklərinə görə, Binəqədidə son bir ayda 200 ailə məskunlaşıb, eləcə də Salyanda, İmişlidə də 300 ailənin yerləşdiyini deyirlər.


Döndü Yılmaz onlardan biridir. Onun söylədiyinə görə, bura işləmək üçün gəlsələr də, hələlik rəsmi sənəd ala bilməyiblər. Onun oğlu Bayram deyir ki, bura tək gəlməyib, dostu-tanışı 55 maşına toplaşıb gəliblər. Hamısı da ailəsi ilə birgə…


Döndü Yılmazın 70 yaşı var. Dediyinə görə, bircə ömür-gün yoldaşı orda qalıb, altı övladını, 30 nəvəsini də götürüb bura gəlib. Amma burda işləmək üçün razılıq ala bilmir. Oğlu Bayram danışır: «Aeroportdan mal alıb maşınla satırdıq. Amma bizi də ölkədən çıxarırlar. Ortada qaldıq. Bir qədər də məsrəfimiz oldu.


«Aeroportdan mal alıb maşınla satırdıq. Amma bizi də ölkədən çıxarırlar. Ortada qaldıq. Bir qədər də məsrəfimiz oldu. Bura bizə Türkiyədən yaxşı gəldi…
maşına 500 dollar istəyirlər. Polisləri boş ver, hər adamdan 50-100 dollar alırlar».

Söhbət zamanı o da məlum olur ki, Türkiyədən olanlar Bakıda hər addımbaşı gizlənməyə məhkumdurlar. O üzdən də gətirdikləri malı dəyər-dəyməzinə satıblar.


Binəqədidə məskunlaşanların bəzisi deyir ki, 4-cü polis bölməsində qeydiyyata düşüblər, bəzisi deyir ki, artıq sənədlərinin də, maşınlarının da icazə müddəti başa çatıb, işləmə izni ala bilmədiyindən ölkədən çıxarıla bilərlər. Bununla belə, söhbətləşdiyim adamların çoxu Azərbaycanda qalmağı, yer-yurd salmağı düşünür.


Mən qəsəbədə olduğum gün Türkiyədən gələnlər çox əsəbi idilər. Buna səbəb həmin gün aprelin 26-da Qırmızıkörpü buraxılış-nəzarət məntəqəsində baş verənlər idi. Onlar 45 maşında soydaşlarının qanunsuz şəkildə ölkədən çıxarıldığını, guya polisə külli miqdarda rüşvət verə bilmədikləri üçün döyüldüklərini deyirdilər.



Bununla bağlı DİN-in Miqrasiya Xidmətindən bildirdilər ki, Türkiyədən olan miqrantların sənədləri qaydasında deyil. O üzdən ölkədən çıxarılırlar.

Qazax Rayon Polis İdarəsinin rəisi Şükür Mehdiyev isə bildirir ki, toqquşmaya səbəb ölkədən çıxarılan kürdəsilli miqrantlarla azərbaycanlı əsgərlər arasındakı anlaşılmazlıq olub.


Binəqədidə olduğum müddətdə bunu da görürəm ki, yerli camaat gəlmələrə ehtiyatla yanaşır. Bəziləri hətta narahatlığını da gizlətmir.


Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, cəmiyyətdəki narahatlıq sosial problemlərə bağlı deyil. Problem bir qədər dərindədir. Kürdəsilli Türkiyə vətəndaşları dedikdə çoxlarının göz önünə PKK və ya terror gəlir. «Bu adamlar Türkiyəni tərk edəndə onu sevmədən tərk ediblər. Camaatı narahat edən də budur».


İlham İsmayıl bunu da bildirir ki, bu gün kürdəsilli Türkiyə vətəndaşlarının Azərbaycanda siyasi təşkilatı yoxdur. Amma onları tələm-tələsik yerləşdirə biləcək səlahiyyət sahibləri var. Yoxsa bu qədər insan sərhədi belə asanlıqla keçə bilməz və bu asanlıqla məskunlaşa bilməzdi.


Amma Azərbaycanda kürdəsilli vətəndaşların gəlməsinə adi yanaşanlar da az deyil. Hətta bəziləri xatırladır ki, Qarabağ savaşınadək Azərbaycanda kürdlər işğal olunmuş ərazilərdə azərbaycanlılarla çiyin-çiyinə yaşayıb, qaynayıb-qarışıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG