Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

«Rauf Arifoğlunun təhlükəsizliyini məhkəmə təmin etməlidir»


DİN sözçüsü:«Qəzet redaktorunun narahatlığına əsas yoxdur»
DİN sözçüsü:«Qəzet redaktorunun narahatlığına əsas yoxdur»

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun təhlükəsizliyini Daxili İşlər Nazirliyi (DİN) yox, məhkəmə orqanları təmin etməlidir. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov Rauf Arifoğlunun hüquq-mühafizə orqanlarından təhlükəsizliyinə təminat istəməsilə bağlı müraciətinə cavab verərkən belə deyib. O, «Azadlıq» radiosuna deyib ki, qəzet redaktorunun narahatlığına əsas yoxdur, işi məhkəmədə olduğundan, məhkəmə nəzarətçiləri onun təhlükəsizliyini təmin etməyə borcludurlar.


Rauf Arifoğlu isə bildirir ki, hüquqi baxımdan DİN-in mövqeyi düzgündür. Amma mayın 7-də Nizami Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynov onun tələbini təmin etmədiyindən hüquq-mühafizə orqanlarına üz tutmalı olub.


«Azərsun Holdinq» şirkətinin prezidenti Abdolbari Goozal qəzetin baş redaktorunu xüsusi ittiham qaydasında məhkəməyə verib. Rauf Arifoğlunun ona böhtan atdığını, ağır cinayətdə ittiham etdiyini deyir və həbsini istəyir. Qəzet redaktoru isə bunu azad sözə təhlükə kimi qiymətləndirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG