Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:37

Maradona psixiatriya klinikasından çıxıb


Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Buenos-Ayresdəki psixiatriya klinikasından çıxıb. Alkoqolizm və narkotiklərdən asılılıqdan sonrakı müalicəni o, ev şəraitində keçəcək.

Mart ayında Maradona «alkoqollu hepatit» diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, sonra isə psixiatrların nəzarətinə keçirilmişdi.


Şəxsi həkimi deyir ki, Maradona həftədə üç dəfə klinikaya baş çəkəcək.


XS
SM
MD
LG