Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

«Amnistiya haqqında» qanun qəbul edildi


112 deputat lehinə səs verməklə «Amnistiya haqqında» qanun layihəsi qəbul edilib

112 deputat lehinə səs verməklə «Amnistiya haqqında» qanun layihəsi qəbul edilib

Milli Məclisin mayın 8-də keçirilən iclasında Heydər Əliyevin doğum günü ilə əlaqədar «Amnistiya haqqında» qanun layihəsini qəbul edib.


Millət vəkili İqbal Ağazadə, Müsavat deputat qrupundan Pənah Hüseyn ömürlük həbs cəzası almış və yaşı yetmişə çatan adamların cəzalarını 15 illə əvəzləməsini, son zamanlar həbs olunmuş jurnalistlərin, həmçinin adı siyasi məhbus siyahısında olan şəxslərin də amnistiyaya düşməsini təklif ediblər.


Bir sıra deputatlar, o cümlədən Zahid Oruc, Siyavuş Novruzov bu təkliflərə qarşı çıxıblar.


112 deputat lehinə səs verməklə qanun layihəsi qəbul edilib.


Amnistiya 1500 nəfərin cəzaçəkmə yerlərindən azad edilməsini nəzərdə tutur. Daha 7500 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərdir. Beləliklə, ümumilikdə amnistiya 9 min nəfərə şamil edildi.


Ölkədə amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə 7 amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21.325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG