Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

«Ağır cinayət törətməyən insanları bağışlamaqla onları keçmiş həyata qaytarırıq»


Mehriban Əliyeva «Amnistiya haqqında» qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etdi

Mehriban Əliyeva «Amnistiya haqqında» qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etdi

Mayın 8-də keçirilən iclasında Milli Məclis «Amnistiya haqqında» qanun layihəsinin müzakirəsinə başladı. Deputat Mehriban Əliyeva çıxış edərək bildirdi ki, bu qanun səhv etmiş, cinayət törətmiş insanların cəmiyyətdə öz yerlərini tapmasına imkan verəcək. «Ağır cinayət törətməyən insanları bağışlamaqla həm onları keçmiş həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanist ideyalarla inkişaf etdiyi göstəririk».


Sonra Dövlət Quruculuğu və Hüquq siyasəti daimi komissiyasının sədri Əli Hüseynov layihə barədə məlumat verdi. Onun sözlərinə görə qanun qüvvəyə mindikdən sonra 3 ay müddətinə icra olunacaq və 9 minə yaxın insana şamil ediləcək.


Millət vəkili İqbal Ağazadə bildirdi ki, ömürlük həbs cəzası almış və yaşı yetmişə çatan adamların cəzalarını 15 illə əvəzləmək olar. O, amnistiyanın son zamanlar həbs olunmuş jurnalistlərə, həmçinin adı siyasi məhbus siyahısında olan şəxslərə də şamil edilməsini təklif etdi.


Müzakirələr davam edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG