Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:11

«Onların həbsi söz azadlığının düşmənləri qarşısında geri çəkilməkdir»


Mikloş Haraşti jurnalistlərin azadlıqdan məhrum edilməsindən ciddi narahat olduğunu bildirib
Mikloş Haraşti jurnalistlərin azadlıqdan məhrum edilməsindən ciddi narahat olduğunu bildirib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycan hökumətini «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoglu və yazıçı Rafiq Tağını azad eləməyə çağırıb. Mikloş Haraşti jurnalistlərin azadlıqdan məhrum edilməsindən ciddi narahat olduğunu bildirib.


«Bu, informasiyanın sərbəst axınına və ifadə azadlığına təminat verməklə bağlı Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Mən hakimiyyəti Samir Səqaqətoglunu və Rafiq Tağını azad etməyə çağırıram» deyə Haraşti bildirib.


ATƏT-in mətbuat üçün məlumatında o da deyilir ki, «İranda ayətullah hər iki jurnalistin ölümünə fitva verdiyindən, Haraşti onları mühafizə etməyə də çağırır. Azərbaycanda isə dini fəallar bu jurnalistlərə qarşı təzyiq kampaniyasına başlayıblar, məhkəmə zalında onları ölümlə hədələyiblər».


«Məhkəmə sülhməramlı filosofları ekstremistlər kimi göstərməklə həqiqəti təhrif edir. Əslində onların həbsi söz azadlığının düşmənləri qarşısında geri çəkilmək deməkdir. Ekstremizmi ruhlandıran da elə budur»-deyə Haraşti bildirib.


Mikloş Haraşti onu da deyib ki, jurnalistlərin kriminallaşdırılması media nümayəndələrinə qarşı zorakılığa meydan verə bilər: «Hökumət bəlkə də düşünür ki, jurnalistləri cəzalandırmaq tələblərini yerinə yetirməklə zorakılığın qarşısına ala bilər. Ancaq bu məntiq yanlışdır.


2005-ci ildə Elmar Hüseynov çoxlu hədə-qorxulardan sonra qətlə yetiriləndə də biz bunun şahidi olduq. Ən son nümunə isə Eynulla Fətullayevin bu ilin aprelində həbs olunmasından az sonra onun müxbiri Üzeyir Cəfərova olan hücumdur».


Mikloş Haraşti onu da deyir ki, «hətta Rafiq Tağının yazısı bəzi oxucuların dini heysiyyatına toxunsa belə, bu, cinayət əməli kimi qiymətləndirilə bilməz. Yalnız dini və etnik ədavətin qızışdırılmasına yönəlmiş konkret hərəkətlər cinayət əməli hesab olunmalıdır. Belə işlərə isə konkret şəxslərə ziyan dəydiyi halda mülki-hüquq çərçivəsində baxılmalıdır. Ya da, əgər peşə etikası pozulubsa, buna özünü tənzimləyən media qurumları baxmalıdır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG