Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

BMT rəsmisi mətbuatda çoxsaylı problemlərin olduğunu deyir


BMT təmsilçisi Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır
BMT təmsilçisi Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır

BMT-nin fikir və söz azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqabo Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahat olduğunu ifadə edib. «Turan»ın yaydığı məlumata görə, Liqabonun mayın 7-də Cenevrədə verdiyi bəyanatda deyilir: «Hakimiyyətin və dövlət institutlarının KİV və beynəlxalq təşkilatların nümayəndələri ilə daha açıq dioloq aparmaq istəyi ifadə etdiyi vaxtda bu sahədə atmosfer çoxsaylı problemlərlə xarakterizə edilir».


Liqabonun fikrincə, diffamasiya sahəsində qanunvericilik bu hadisənin kriminallaşmaması haqqında tendensiyalara uyğun gəlmir, hakimlər isə KİV nümayəndələrinə qərar çıxararkən hədsiz sərtlik göstərirlər.


Bu ilin aprelində Bakıya səfəri zamanı A.Liqabo prezident İlham Əliyevlə, həmçinin mətbuat, vətəndaş cəmiyyəti nümayəndələri, xarici diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşüb.


Cənab Liqabo deyir ki, jurnalistlər hərdən hüquq-mühafizə orqanları tərəfindən hücumlar da daxil olmaqla, repressiyaların qurbanı olurlar. Onların həmçinin «söz və məlumat azadlığının daha tam şəkildə reallaşa biləcəyi» əlverişli iqtisadi şəraitin yaradılmasına ehtiyacı var.
BMT rəsmisi həmçinin bildirir ki, onun rəsmi şəxslərlə görüşləri bu sahədə milli siyasətə yenidən baxılmasına, həmçinin «jurnalistlər arasında hərtərəfli qorxu hissi və özünüsenzura yaratmış» bir sıra məhkəmə qərarlarının dəyişdirilməsinə imkan verəcək.


Ambei Liqabonun nəticəsi BMT-nin İnsan Haqları üzrə Şurasına göndəriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG