Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

Erməni soyqırımı iddiası haqda kitab ən yüksək mükafat alıb


Taner Akçam, 24 aprel 2005

Taner Akçam, 24 aprel 2005

Türkiyə tarixçisi Taner Akçamın «Utandırıcı akt: ermənilərin soyqırımı və türklərin məsuliyyət məsələsi» kitabı ABŞ-ın Minnesota ştatının ən yüksək mükafatını alıb. Jürinin qərarında deyilir ki, Akçamın əsəri «Türkiyənin milyonadək erməninin qətlində cavabdehliyinin dürüst təhlilinə» görə, mükafata layiq görülüb.

Məlumatı «Associated Press» Agentliyi yayıb.


Mükafatı qəbul edərkən Taner Akçam deyib ki, əsəri bu ilin yanvarında qətlə yetirilən jurnalist – Türkiyədə nəşr olunan «Aqos» erməni qəzetinin baş redaktoru Hrant Dinkə ithaf edir.


Akçam mütəmadi hədə-qorxuyla üzləşdiyindən 70-ci illərin sonlarında Türkiyəni tərk edib. Buna qədər o, türk xalqını təhqir etdiyinə görə həbsdə yatıb.


Minnesotada böyük erməni və yəhudi diasporu var.


Ermənilərin soyqırımı iddialarını bir çox ölkələr, o cümlədən ABŞ ştatlarının əksəriyyəti tanıyıb. Türkiyə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri rəsmən erməni soyqırımı kimi tanımaqdan imtina edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG