Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

Ötən gecə Fransada 367 avtomobil yandırılıb


Prezident seçkisindən sonra bir gecədə Fransada 367 avtomobil yandırılıb və polis 270 adam saxlayıb. Seçkini uduzan Seqolen Ruayal tərəfdarlarının asayiş keşikçiləri ilə toqquşmaları Paris, Lion, Bordo, Marsel və bir sıra başqa iri şəhərlərdə baş verib. 28 polis və jandarm yaralanıb.

Polisin dediyinə görə, şəhər əhalisindən böyük zorakılıq halları olmayıb. Müxtəlif şəhərlərdə əsasən, kiçik xuliqan qrupları fəaliyyət göstərib.


Günün bütün mövzuları

XS
SM
MD
LG