Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

«İTV mətbuat aynasında» məqalələr toplusu ekspertizaya göndərilib


«İTV mətbuat aynasında» məqalələr toplusunda təhqirin olub-olmamasını aydınlaşdırmaq üçün nəşr ekspertizaya göndərilib. Mayın 7-də Binəqədi Rayon Məhkəməsində İctimai Televiziyanın (İTV) «Azadlıq» qəzetinin redaktoru və sözügedən nəşrin tərtibçisi Rövşən Hacıbəyliyə qarşı iddiası üzrə prosesdə bu qərardad çıxarılıb. Topluya ekspert rəyini Dilçilik İnstitutu və Müəlliflik Hüquqları Agentliyi verəcək. Rəy hazır olandan sonra proses davam etdiriləcək. Bu haqda «Azadlıq» radiosuna Rövşən Hacıbəylinin nümayəndəsi Nurlana Əliyeva məlumat verib.


Bundan əvvəlki prosesdə isə topluda İTV-nin nüfuzuna xələl gətirən ifadələrin işlədilməsini müəyyənləşdirmək üçün məhkəməyə mütəxəssisin dəvət olunması qərara alınmışdı.


İTV Rövşən Hacıbəylinin redaktorluğu ilə çapdan çıxan «İTV mətbuat aynasında» toplusunun qərəzli, şirkətin işgüzar nüfuzunu ləkələyən nəşr sayılması, tirajın kütləvi satışdan və istifadədən yığılaraq məhv edilməsi və yenidən yayılmasının qadağan olunması tələbi ilə iddia qaldırıb. İddiada həmçinin Hacıbəylinin televiziya kollektivindən üzr istəməsi də tələb edilir.
Rövşən Hacıbəyli isə tələbi qanunsuz sayır və bildirir ki, o, özü İTV-yə qarşı bir neçə məhkəmə iddiası qaldırıb. Televiziyanın iddiasında məqsəd onu həmin iddialardan çəkindirməkdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG