Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

Rauf Arifoğlunun vəkili iddianın rədd edilməsi barədə vəsatət verib


Mayın 7-də Nizami Rayon Məhkəməsində «Azersun» şirkətinin prezidenti Abdulbari Gozəlin «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı iddiası üzrə hazırlıq iclası davam etdirilib. Arifoğlunun vəkili Osman Kazımov iddianın hazırlanmasında qanun pozuntularına yol verildiyini və bu səbəbdən onun rədd edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə heyəti vəsatətə baxmaq üçün müşavirəyə gedib. Nəticə mayın 8-də bilinəcək.


«Azersun» şirkətinin prezidenti Abdulbari Gozəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Gözəl baş redaktorun ona ağır cinayətdə ittiham etməklə böhtan atdığını bildirir və Arifoğlunun həbsini tələb edir.


XS
SM
MD
LG