Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

«Diffamasiya haqqında» qanunu qəbul etmək hələ tezdir


Əli Həsənov iddia edir ki, «Sərhədsiz reportyorlar»ın fəaliyyətində erməni diasporunun təsiri hiss olunur

Əli Həsənov iddia edir ki, «Sərhədsiz reportyorlar»ın fəaliyyətində erməni diasporunun təsiri hiss olunur

«Diffamasiya haqqında» qanunu qəbul etmək hələ tezdir. Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyir. Şöbə müdiri bildirir ki, Avropanın heç bir ölkəsində belə bir qanun qəbul edilməyib. «Demokratiya təcrübəsi Azərbaycandan daha çox olan ölkələr «Diffamasiya haqqında» qanunu qəbul etməlidirlər. Hazırda Azərbaycan cəmiyyəti jurnalistləri bütün məsuliyyətlərdən azad etmək iqtidarında deyil».


Şöbə müdiri «Sərhədsiz reportyorlar» təşkilatının ölkədə mətbuatın vəziyyəti ilə bağlı verdiyi hesabata da münasibət bildirib. Cənab Həsənov hesabatın Azərbaycan reallıqlarını əks etdirmədiyini deyib. Onun sözlərinə görə, ayrı-ayrı jurnalistlərə qarşı hansısa şəraitdə baş vermiş hadisəni qətiyyən ölkənin söz, mətbuat azadlığı sahəsindəki vəziyyəti ilə eyniləşdirmək olmaz. Əli Həsənov iddia edir ki, «Sərhədsiz reportyorlar»ın fəaliyyətində erməni diasporunun təsiri hiss olunur. «Ona görə də Azərbaycan tərəfi bu təşkilatın bəyanatlarına ciddi fikir verməkdən uzaqdır».


Mövcud olduğu 20 ildən çox bir müddətdə mətbuatı müdafiə edən beynəlxalq təşkilat «Sərhədsiz reportyorlar» ilk dəfə olaraq Azərbaycan prezidentini «Mətbuatın düşmənləri» siyahısına daxil edib. Mayın 3-də yayılan bu siyahı ənənəvi olaraq «Yırtıcılar» adlanır.


Avropa Birliyi və digər beynəlxalq təşkilatlarsa Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbulunu vacib hesab edir. Beynəlxalq qurumlar bildirir ki, jurnalistin yazı ilə bağlı hər hansı problemi yaranarsa, bu mülki qaydada nizamlanmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG