Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:25

Dünyada ən aşağı inflyasiya İsraildədir


Ötən ilin martından bu ilin aprelinə qədər olan dövr ərzində İsraildə inflyasiya mənfi 0,9 faiz olub. «Economist» həftəliyi yazır ki, bu, dünyada ən aşağı göstəricidir.


Jurnal dünyanın 60 ölkəsində istehlak indekslərinin dəyişməsini nəzərdən keçirir. İsraildən sonra Yaponiya (mənfi 0.1 faiz) və Peru (0,2 faiz) gəlir.


Ən böyük inflyasiya isə Venesuela (19.4 faiz), Misir (12.8 faiz) və Türkiyədə (10,9 faiz) qeydə alınıb.


«Economist» 2007-ci ildə İsraildə 1.4 faiz, ABŞ-da 2.1, avro zonada 1.8, İsveçrədə 0.7, Yaponiyada 0.1 və Çində 2,7 faiz inflyasiya proqnozlaşdırır.


Gözlənilir ki, ən böyük inflyasiya Venesuelada (18,8), Misirdə (9,9), Argentinada (9,8) və Türkiyədə (8,3 faiz) olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG