Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Şotlandiya Böyük Britaniyadan ayrıla bilər


Şotland millətçiləri regional seçkilərdə böyük qələbələrini qeyd edirlər. Onlar Şotlandiya parlamentində 47 yer qazanıblar ki, bu da hakim Leyborist Partiyasınkından çoxdur. İndi millətçilər 2010-cu ilədək Şotlandiyanı Böyük Britaniyadan ayırmağa, bunun üçün referendum keçirməyi planlaşdırırlar. Məlumatı «Exo Moskvı» radiostansiyası yayıb.

Millətçilərin lideri Aleks Selmond deyib ki, Şotlandiya həmişəlik yaxşı tərəfə dəyişib. Millətçilər Şimal dənizi neftinin satışından alınan vergiləri də Londona verməməyə çağırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG