Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Hadi Musəvinin taleyi barədə hələ də məlumat yoxdur


Hadi Musəvinin deportasiyası ilə bağlı «Dalğa» GH-nın DİN qarşısında etiraz aksiyası, 16 aprel 2007

Hadi Musəvinin deportasiyası ilə bağlı «Dalğa» GH-nın DİN qarşısında etiraz aksiyası, 16 aprel 2007

«Hadi Musəvinin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onun harada olduğu bilinməsə də, həbsxanada olmadığı qətidir». Bunu «Media forum»a açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) adlanan təşkilatın Bakı bürosunun təmsilçisi Ağrı Qaradağlı deyib.

A.Qaradağlı bildirib ki, onlar H.Musəvinin həbsxanada deyil, İranın təhlükəsizlik qüvvələrinin əlində olduğunu düşünürlər. A.Qaradağlı H.Musəvinin ailəsinin də onun yeri barədə məlumatsız olduğunu qeyd edib.


GAMOH rəsmisinin sözlərinə görə, BMT H.Musəvinin məsələsi ilə bağlı İranın təhlükəsizlik orqanlarına və Ədliyyə Naziliyinə müraciət edib. Lakin İran rəsmiləri BMT-nin müraciətinə cavab verməyiblər.


Xatırladaq ki, H.Musəvi aprelin 7-də Bakıda saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə H.Musəviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. Musəvi komitənin qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb.

H.Musəvi Güney Azərbaycanın Kəleybər şəhərində yaşayıb. 2005-ci ildə Bakıya gəlib. 2007-ci il aprelin 11-də Azərbaycanın Miqrasiya Komitəsi H.Musəvini İrana təhvil verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG