Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

Avropa Birliyi Özbəkistana qarşı sanksiyaları bərpa edə bilər


Niyazova Əndicanda nümayişçilərə divan tutulması haqqında məqalələr müəllifidir

Niyazova Əndicanda nümayişçilərə divan tutulması haqqında məqalələr müəllifidir

Avropa Birliyinin rəhbərliyi Özbəkistanı sərt tənqid edib. Bu yaxınlarda Özbəkistanda iki jurnalist-- Gülbaxor Turayeva və Ümidə Niyazova uzun müddətə azadlıqdan məhrum ediliblər.

Avropa Birliyinin hazırkı sədri --Almaniya jurnalistlərin işinə dərhal yenidən baxmağı tələb edib.


Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi «Azadlıq» radiosuna deyib ki, jurnalistlərin təqib olunması Özbəkistana qarşı sanksiyaların bərpasına gətirib çıxara bilər.


Aprel-may aylarında məhkəmə Turayeva və Niyazovanı hökumət əleyhinə fəaliyyətdə təqsirli bilib, onları müvafiq olaraq altı və yeddi il müddətinə azadlıqdan məhrum edib.


Jurnalistlər 2005-ci ilin mayında Əndicanda dinc nümayişlərin qəddarcasına yatırılmasından yazırdılar.


Günün bütün mövzuları

XS
SM
MD
LG