Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım edilməsi barədə sərəncam verildi


Prezident İlham Əliyev mayın 4-də 1941-1945-ci illər müharibəsində qələbənin 62-ci ildönümü ilə əlaqədar 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb.


Sənədlə Böyük Vətən müharibəsi iştirakçılarına 100 manat məbləğində, yuxarıda adı sadalanan digər katerqoriyadan olan şəxslərə isə 50 manat məbləğində birdəfəlik maddi yardım edilir.


Sərəncamın icrası məqsədi ilə pezidentin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılır.


XS
SM
MD
LG