Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:28

Dünyanı dəyişən ən nüfuzlu 100 adam


«Dünyanı dəyişən adamlar» arasında nə Buşun, nə də Putinin adları var
«Dünyanı dəyişən adamlar» arasında nə Buşun, nə də Putinin adları var

Amerikanın «Time» jurnalı dünyanın ən nüfuzlu 100 adamının növbəti illik reytinqini dərc edib. Nəşrin versiyasına görə, hazırda 71 kişi və 29 qadın dünyanın dəyişilməsinə təsir göstərmək imkanındadır.


Ən çox nüfuza malik adamlar beş kateqoriya üzrə müəyyənləşib: «aktyorlar və şou-biznes təmsilçiləri», «liderlər və inqilabçılar», «qəhrəmanlar və yenilikçilər», «yaradıcılar və nəhənglər» və «alimlər və mütəfəkkirlər».


«Dünyanı dəyişən adamlar» arasında nə ABŞ prezidenti Buşun, nə də Rusiya prezidenti Putinin adları var. Daha çox təsir imkanına malik liderlər içərisində Böyük Britaniya kraliçası II Yelezavetanın adı çəkilir. Kraliça ilə yanaşı Amerikanın Dövlət katibi Kondoliza Raysın, Kaliforniya qubernatoru Arnold Şvarsnegerin, ABŞ prezidentilyinə namizədlər və senator demokratlar Hillari Klintonun və Barak Obama, Roma Papası XVI Benediktin, Almaniyanın federal kansleri Angela Merkelin, həmçinin «Əl-Qaida» lideri Usama bin Ladenin adları da var.


«Aktyorlar və şou-biznes» adamları nominasiyasında komik aktyor Baron Klen, aktyor Leonardo Di Kaprio və başqalarının üstünlük qazanıblar.


Teleaparıcı Opra Unifri, maliyyə maqnatı Uorren Baffet, tennisçi Roje Federer, aktyor Maykl Foks, futbolçu Teri Anri və şahmat üzrə köhnə dünya çempionu, hazırkı siyasətçi Harri Kasparov isə «Qəhrəmanlar və yenilikçilər» kmim dünyanı dəyişən adamlar hesab olunurlar.


Dünyanın ən ağıllı «alim və mütəfəkkirlər»i isə ABŞ-ın sabiq vitse-prezidenti Albert Qor, NASA-nın əsas aparıcı mütəxəssislərindən Alan Stern, Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab və Microsoft şirkətinin yaradıcılarından biri Pol Allendir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG